"Xankəndi" komandası növbəti transferini gerçəkləşdirib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Region Liqası təmsilçisi "Sumqayıt" Futbol Akademiyasının yetirməsi olan Murad Rəhimlini transfer edib.
22 yaşlı yarımmüdafiəçi "kimyaçılar"ın 10-19 yaş arası bütün yaş qruplarında, o cümlədən əvəzedici heyətində də oynayıb.