"Xankəndi" komandası növbəti transferini gerçəkləşdirib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Region Liqası təmsilçisi 20 yaşlı müdafiəçi Nihad Ağayevi heyətinə qatıb. Azərbaycanın U-16, U-17 və U-19 yığmalarının şərəfini qorumuş Ağayev Sumqayıt futbol məktəbinin yetirməsidir. O, karyerası ərzində "Sumqayıt", "Neftçi", MOİK və "Füzuli" komandalarında forma geyinib.