Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası tarixində ən vacib görüşlərdən birinə çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqasının C Liqasının 4-cü qrupunda səfərdə Monteneqroya qarşı mübarizə aparıb.
 
Siyasət Əsgərovun yetirmələri matçda hesabı açsalar da, sonda heç-heçə ilə kifayətlənməli olublar - 1:1
Yığma komandamızın növbəti matçı Litva ilə Bakıda olacaq.
8 aprel
 
Monteneqro - Azərbaycan 1:1 
Qollar: Yasna Cokoviç, 90+2 - Manə Mollayeva, 54
Nikşiç şəhər stadionu. Saat 20:00
Baş hakim: Marta San Juan
Baş hakimin köməkçiləri: Carlos Gonçalves, Luis Acosta
Dördüncü hakim: Antoine Chiaramonti
(Hakimlər briqadası Andorradandır)
Turnir cədvəli:
1. Monteneqro 3 1 2 0 4-2 5
2. Azərbaycan  3 1 2 0 3-1 5
3. Litva              2 0 0 2 1-5 0