AFFA Region Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, nəticədə 1/8 finala yüksələn komandaları adları müəyyənləşib.
Pley-offa 8 qrupun hər birində ilk 2 yeri tutan kollektivlər vəsiqə qazanıblar.
Bunlar “Record Club”, “Şirvanovka”, “Çinar Zəngilan”, “Dirçəliş”, “Xudat City”, “Topçular”, “Marafon”, “Şirvan” OİK, “Xankəndi”, “Şirvan”, “Zəfər 44”, “Biləsuvar”, “Ağstafa Gəncləri”, “Bərdə”, “Göyəzən” və “Naftalan”dır.
1/8 final cütlükləri müəyyən etmək üçün sabah AFFA-da püşkatma keçiriləcək. Tədbir saat 15-də başlanacaq.