Xabi Alonsonun cari mövsüm sonunda "Bayer"dən ayrılaraq "Real"a keçəcəyi gözlənilir.
Offsideplus.az xəbər verir ki, Leverkuzen klubunun CEO-su Fernando Karro ispaniyalı mütəxəssisin ayrılığı barədə bunları deyib:
"Alonso çıxışı ilə bağlı centilmenlik anlaşmamız var. Bir komanda gələrsə, şərtləri danışarıq. Amma gələcəyini 3-4 həftə içində müəyyənləşdirməliyik. Mövsümün sonuna gözləyə bilmərik".



