"Sabah" Futbol Akademiyasının 17 yaşlı qızlardan ibarət komandası Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" AFFA U-17 Qızlar Liqasının VIII turunda "Şəfa"ya qalib gəliblər - 2:1.
"Sabah"ın heyətində Mehri Məmmədzadə və Qönçə Quluzadə fərqləniblər. Bu, komandanın cari mövsümdə ardıcıl 8-ci qalibiyyəti olub. Hazırda 24 xalı olan Bakı təmsilçisi 1-ci pillədə qərarlaşıb.
Liderliklə yanaşı, "Sabah"ın vurduğu qolların sayı da diqqət çəkir. Qızlar 8 matçda rəqib qapılarına 104 dəfə yol tapıblar, əvəzində cəmi 3 qol buraxıblar.



