İngiltərə polisi Premyer Liqanın 10-cu turunun Leicester - West Ham oyunundan (1:1) sonra  meydan sahiblərinin prezidenti Vişay Şrivaddanaprabhanın helikopterinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Offsideplus.az-ın "Daily Express"ə istinadən yaydığı xəbərə görə, faciə nəticəsində klub rəhbəri Şrivaddanaprabhanın da həlak olduğu təsdiqlənib. Lakin əvvəl deyildiyi kimi, onun qızı helikopterdə olmayıb. Qəzada klub rəhbərindən başqa helikopterdə olan iki pilot və bir sərnişin dünyasını dəyişib.

Qeyd edək ki, tailandlı iş adamı  Vişay Şrivaddanaprabhan 2010-cu ildən Leicester-ə rəhbərlik edirdi.