“Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Kolumbiya millisinin və ABŞ-ın “Çikaqo Fayr” klubunun hücumçusu Con Duranı transfer edib.

 19 yaşlı forvardın transfer üçün ABŞ klubuna 16.64 milyon avro ödənilib.

Qeyd edək ki, Duran “Enviqado”nun yetirməsidir. O, 2022-ci ilin yanvarında 1.7 milyon avroya transfer edildiyi “Çikaqo Fayr”da 28 oyuna çıxıb. O, Kolumbiyanın əsas yığmasında da 3 oyun keçirib.