Bu gün futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının əsas mərhələsində son səfər oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, yığmamız Helsinqborq Arenada İsveçlə qarşılaşacaq.
Oyun Vitali Borisovun yetirmələri üçün formal xarakter daşıyır. Çünki artıq komandamız növbəti mərhələyə adlamaq şansını itirib.
Xatırladaq ki, ötən il bu kollektivlər arasında Bakıda keçirilən matç 3:3 hesabı ilə nəticələnib.
Bu gün qalib gələcəyimiz təqdirdə, son tur ərəfəsində qrupda 3-cü yeri təmin edə bilərik.
Avropa çempionatı, əsas mərhələ
11 aprel, saat 21:00
İsveç - Azərbaycan 4:3
Fredrik Söderqvist, 10'23; 36,41; Petrit Zubi, 14'59; Donat Qaşi, 38'03 - Oktay Rüstəmli 01'07; 01'46, Rüstəm Bağırov, 11'50
Helsinqborq Arena
Hakimlər: Peter Nurse, Jordan Griffiths, Oliver Rodriguez-Ballinger
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Boqdan Sorescu (Rumıniya)
UEFA nümayəndəsi: Fabrizio Di Feliçe (İtaliya)
Timekiper: George Jansizian (İsveç)
Turnir cədvəli:
1. Xorvatiya 12 xal
2. Yunanıstan 7 xal
3. Azərbaycan 2 xal
4. İsveç 1 xal