"Mançester Yunayted" klubunun keçmiş futbolçusu Devid Bekhem Premyer Liqa təmsilçisinin ortaq sahibi ola bilər.

Offsideplus.az xəbər verir ki, o, klubu tək almaq iqdidarında olmasa da, Qleyzerlər ailəsinin yerini tuta biləcək konsorsiumda pay almağa hazırdır.

Qeyd edək ki, Qleyzerlər ailəsi 17 ildir ki, “qırmızı şeytanlar”ın sahibidir.

Əlavə edək ki, Bekhem 1992-2003-cü illər aralığında "Mançester Yunayted"də çıxış edib.