İngiltərə millisi və "Mançester Yunayted"in əfsanəsi Devid Bekhemin oğlu Romeo Bekhemi yaxın zamanda Premyer Liqada görə bilərik.
Offsideplus.az "Times"a istinadən xəbər verir ki, 20 yaşlı forvard hazırda atasının sahibi olduğu MLS klubu "İnter Mayami"nin B komandasında çıxış edir. Gənc oyunçu İngiltərənin "Brentford" klubu ilə məşqlərə başlayıb. Bekhemin nə qədər müddət ərzində "Brentford"da olacağı bəlli deyil
Qeyd edək ki, Romeo "İnter Mayami"nin B heyətində bu il 20 oyuna çıxıb, 10 assist və 2 qola imza atıb.