"Borussiya"nın (Dortmund) futbolçusu Ceydon Sanço "Mançester Yunayted"in maraq dairəsindədir.
Offsideplus.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Sanço üçün 125 milyon avro ödəməyə hazırdır. Baş məşqçi Ole Qunnar Sulşer növbəti mövsümdən komandanın hücum xəttini Markos Raşford, Menson Qrinvud və Sanço üçlüyü ilə formalaşdırmağı planlaşdırır.
Qeyd edək ki, Sanço cari mövsüm Bundesliqada 32 matçda 17 qol vurub və eyni sayda assist edib.