Misli Premyer Liqasında XIV turun qarşılaşmaları keçirilir.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Qəbələ" "Turan Tovuz"u qəbul edəcək.

"Qırmızı-qaralar" uzun fasilədən sonra ötən tur qələbə qazanmağı bacarıb.

Tovuz təmsilçisi isə son 3 oyunda heç-heçə edib.

"Turan Tovuz" 24 xalla 4-cü, "Qəbələ" isə 8 xalla 10-cu yerdədir.

Görüş Qəbələ şəhər stadionunda, saat 17:00-da başlayacaq.

Misli Premyer Liqası, XIV tur

8 dekabr (bazar ertəsi)

17:00 “Qəbələ” – “Turan Tovuz”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov 

VAR: Nicat İsmayıllı

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: İlham Əliyev

Qəbələ şəhər stadionu