Misli Premyer Liqasında XII turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Zirə" "Qəbələ"ni qəbul edib.

İlk dövrədəki oyunda "qartallar" 2:1 hesablı qələbə qazanmışdı.

Görüşdə yeganə qolu ev sahibləri vurub.

Ruan Renato penaltini dəqiq yerinə yetirib.

"Zirə" 23 xalla 2-ci yerə qalxıb.

"Qəbələ" isə 5 xalla 11-ci yerdədir.

Misli Premyer Liqası, XII tur

22 noyabr (şənbə)

17:30. "Zirə" - "Qəbələ" 1:0 

Qol: Ruan Renato, 45+3 (penalti)

İstifadə olunmayan penalti; İbrahim Sanqare (Qəbələ)

Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Zirə İdman Kompleksinin stadionu