"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Slavik Alxasovla anlaşıb.
31 yaşlı cinah müdafiəçisi ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Artıq “qırmızı-ağlar”ın məşqlərində iştirak edən Alxasov müxtəlif illərdə “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sabah”, “Keşlə”/ “Şamaxı”, “Zirə”, “Turan Tovuz” klublarında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ramon Maçado, Ömər Buludov, Benny, Felipe Santos, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.