Misli Premyer Liqasında 2023/24 mövsümü başa çatdı.

Offsideplus.az xəbər verir ki, XXXVI tur digərlərindən fərqlənib. Bu həftə azarkeş rekordu qeydə alınıb. Belə ki, 5 oyunu ümumilikdə 24300 azarkeş izləyib. Bu, mövsümün rekordudur.

Premyer Liqanın XXXVI turunun görüşlərinin azarkeş statistikasını təqdim edirik:

"Zirə" - "Səbail" - 900

"Sumqayıt" - "Qəbələ" - 9300

"Neftçi" - "Sabah" - 6900

"Turan Tovuz" - "Kəpəz" - 3500

"Qarabağ" - "Araz Naxçıvan" - 3700