"Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi Vanderson Melo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2023-cü ildən komandada çıxış edən futbolçu kluba və rəhbərliyə təşəkkür edərək buradan xoş xatirələrlə ayrıldığını bildirib.

Melo açıqlamasında ötən mövsüm qazanılan bürünc medalı və Konfrans Liqasında "Aris" üzərindəki qələbəni xüsusi qeyd edib, cari mövsümdə isə hədəflərə çata bilmədikləri üçün təəssüfləndiyini vurğulayıb.

Klub rəhbərliyi təcrübəli oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.