"Kəpəz" heyətini yeni legionerlə gücləndirib.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi belçikalı yarımmüdafiəçi Desmond Akkuanı (Desmond Acquah) transfer edib.
22 yaşlı futbolçu yeni mövsümdən bölgə klubunda çıxış edəcək..
Qeyd edək ki, 23 iyul 2002-ci il təvəllüdlü Akkua peşəkar karyerasına ölkəsinin "OH Leuven" klubunun akademiyasında başlayıb.
Mərkəz yarımmüdafiəçisi son olaraq "Dender" klubunun formasını geyinib..


