"Araz-Naxçıvan"ın yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi ukraynalı mütəxəssis Yuri Maksimovla 2026/2027 mövsümünün sonunadək müqavilə imzalayıb. O, bu postda Cavid Hüseynovu əvəzləyib.
Karyerası ərzində "Vorskla", "Dnepr-1", "Krivbass" kimi klubları çalışdıran 58 yaşlı mütəxəssis Azərbaycan futboluna yad deyil.
Maksimov 2017–2018-ci illərdə "Keşlə"nin (indiki "Şamaxı") baş məşqçisi olub və komanda ilə Azərbaycan Kubokunu qazanıb.


