Somalili referi Ömər Əbdülqadir Artan PSJ və "Aston Villa" arasında keçiriləcək 2026 UEFA Super Kubok matçına baş hakim təyin olunaraq turnir tarixində ilk qeyri-avropalı hakim kimi adını tarixə yazdırıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı referinin karyerasındakı tarixi uğurlar bunlardır:
- CAF Çempionlar Liqasının final matçını idarə edən ilk somalili hakim.
- CAF İlin Hakimi: Afrikada "İlin Ən Yaxşı Kişi Hakimi" mükafatını qazanan ilk somalili referi.
- FIFA Dünya Çempionatı: 2026 FIFA Dünya Çempionatının hakim heyətinə seçilən ilk somalili referi.
- UEFA Superkuboku: UEFA Super Kuboku matçında fit çalacaq ilk somalili və ilk qeyri-avropalı hakim.


