"Roma" klubu Luis Enrikenin transferini gündəmdə saxlayır.

Offsideplus.az xəbər verir ki, İtaliya təmsilçisi "İnter"in 24 yaşlı braziliyalı futbolçusunu heyətinə qatmaq niyyətindədir. Baş məşqçi Can Pyer Qasperini sağ cinah müdafiəçisi və on nömrə mövqelərinin gücləndirilməsini istəyib. Luis Enrikeyə İngiltərə Premyer Liqasının klubları da maraq göstərir. "İnter" oyunçunun transfer qiymətini 30 milyon avro olaraq müəyyənləşdirib. Ötən mövsüm A Seriyasında Luis Enrike 30 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.