"Kəpəz" Namik Ələskərovu transfer edib.

Offsideplus.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi "sarı-göylər"in formasını geyinəcək.

Ələskərov son mövsümdə "Zirə"nin heyətində çıxış edib.

2015/2016 mövsümünün ikinci yarısında "Kəpəz"in formasını geyinən futbolçu 15 oyunda 3 qola imza atıb. Namik Ələskərov Azərbaycan millisinin də formasını geyinib.