İsveçli futbolçu Runi Bardaci uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın 20 yaşlı yarımmüdafiəçisi ön çarpaz bağlarının qopması səbəbindən ən azı 6-7 ay oynaya bilməyəcək.
O, ötən mövsüm La Liqada 21 oyunda iştirak edib və bir qol vurub.


