La Liqanın prezidenti Xavyer Tebas Kilian Mbappenin 'Real Madrid'də çıxışını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Tebas "Real Madrid"in hər zaman güclü oyunçulara sahib olduğunu və klubun liqanın dayağı olduğunu bildirib.
O qeyd edib ki, La Liqada rəqabət yüksəkdir və çempion komanda 85-90 xal toplasa belə, bu, turnirdə gərgin mübarizənin göstəricisidir.
"Mbappe dünyanın ən yaxşı üç futbolçusundan biridir, formundadırsa, ən yaxşısı olur. Onun "Real Madrid"də oynaması bizim üçün böyük qürurdur və heç kim onun liqaya verdiyi töhfəyə şübhə etmir"


