Yeni mövsümə yeni hədəflərlə başlayan “Kəpəz” hazırlıqlarını davam etdirir.
Komandanın baş məşqçisi Azər Məmmədov yeni transferlər haqda Offsideplus.az-a açıqlama verib:
“Transfer çalışmalarımız davam edir. Komandanın bəzi mövqelərini gücləndirmək istəyirik. Həm yerli, həm də legioner futbolçularla bağlı müəyyən müzakirələrimiz var. Mövsümün startına az qalıb. Heyətimizi ilk turun oyununa kimi formalaşdırmaq istəyirik”.
Mütəxəssis Gəncədə oynayacaqlarının üstünlüklərindən də danışıb:
“Əlbəttə, doğma şəhərdə, öz azarkeşlərimizin qarşısında oynamaq bizim üçün çox vacibdir. Gəncədə futbol atmosferi hər zaman fərqli olub. Azarkeşlərimizin dəstəyini hiss etmək komandaya əlavə motivasiya verir. Hədəfimizə gəlincə. Əsas məqsədimiz rəqabətədavamlı kollektiv formalaşdırmaqdır. Hazırki büdcə ilə ilk “altılıq” uğrunda mübarizə aparan komanda qurmaq çətindir. Ona görə də Premyer Liqada yerimizi təmin edib, turnir cədvəlində çalışdığımız qədər yuxarı pillələrdə yer almağa cəhd göstərəcəyik”.


