Dana White's Contender Series-in 10-cu mövsümü bu həftə start götürüb. Turnirin ilk həftəsində əsas diqqət ağırçəkili döyüşçülərə yönəlib.

Offsideplus.az xəbər verir ki, UFC-yə yeni simalar qazandıran bu layihənin ilk həftəsində beş qarşılaşma baş tutacaq. Ağırçəkidə Entoni Vint (234 funt) və Matt Adams (235,5 funt) üz-üzə gələcək. Yüngülçəkidə Fabrizio Eskarreqa (156 funt) ilə Abe Alsaghir (155,5 funt), uçaqçəkidə isə indoneziyalı Bilal Həsən (125 funt) və Hindistandan Mridul Saikia (125,5 funt) döyüşəcək. Pərvanəçəkidə Tomas Paqliarulo (145 funt) Ananias Mulumba (145,5 funt) ilə, orta çəkidə isə Con Kunneman (185,5 funt) Cozef Kropschot (185,5 funt) ilə qarşılaşacaq. Bütün döyüşçülər çəkiölçmədə normanı keçib.