İspaniyanın "Barselona" klubu hücum xəttini gücləndirmək üçün Xulian Alvaresi transfer edə bilməyəcəyi təqdirdə "İnter"in kapitanı Lautaro Martinesi alternativ variant kimi nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, "Atletiko Madrid"in argentinalı hücumçusu Xulian Alvares hələ də "Barselona"nın 1 nömrəli transfer hədəfidir. Lakin Madrid təmsilçisinin yüksək tələbləri və birbaşa rəqibinə ulduz futbolçu satmaq istəməməsi bu keçidi olduqca mürəkkəbləşdirir.
"Barselona"nın idman direktoru Deko və baş məşqçi Hansi Flik Lautaro Martinesin oyun üslubunu yüksək qiymətləndirirlər.
Lautaronun "İnter"lə 2029-cu ilin yayına qədər müqaviləsinin olması və Milan klubunun kapitanı mövqeyində yer alması bu keçidin də maliyyə cəhətdən asan olmayacağını göstərir.


