"Barselona"nın 26 yaşlı ispan hücumçusu Ferran Torres kariyerasını Fransanın "Paris Sen-Jermen" klubunda davam etdirmək üçün şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Offsideplus.az xəbər verir ki, transferin təxminən 50 milyon avro civarında tamamlanacağı gözlənilir.
Xəbərin əsas təfərrüatları bunlardır:
- "Mançester Siti" bəndi ləğv edilir: Ferran Torresin "Barselona" ilə müqaviləsinin müddətinin bitməsinə 1 mövsüm qalıb. Əgər Kataloniya klubu onunla müqaviləni yeniləsəydi, 2022-ci ildəki transfer şərtlərinə əsasən "Mançester Siti"yə əlavə 8 milyon avro ödəməli olacaqdı. Transfer sayəsində "Barselona" bu xərcdən azad olur.
- Uğurlu mövsüm: İspaniya millisinin tərkibində Dünya Çempionatının qalibi olan Torres, 2025/26 mövsümündə "Barselona" forması ilə çıxış etdiyi 49 matçda 21 qola imza ataraq karifyerasının ən məhsuldar ilini geridə qoyub.
- Luis Enrike faktoru: İspaniya milli komandasından Ferran Torresin potensialına bələd olan Luis Enrike 26 yaşlı futbolçunu hücum xəttini gücləndirmək üçün əsas namizəd hesab edir.


