İspaniyanın "Atletiko Madrid" klubu "Tottenhem"in argentinalı mərkəz müdafiəçisi Kristian "Kuti" Romeronun transferini yekunlaşdırmağa çox yaxındır.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi İngiltərə klubuna yeni və təkmilləşdirilmiş təklif göndərməyə hazırlaşır.  

​28 yaşlı argentinalı müdafiəçi "Atletiko Madrid"ə keçməyə artıq "yaşıl ışık" yandırıb və şəxsi müqavilə şərtlərini razılaşdırıb.  

​"Tottenhem" rəhbərliyi zədəli Uilyam Salibanı əvəzləmək istəyən Şimali London rəqibi "Arsenal"ın təklifini tamamilə rədd edib və futbolçunu yalnız xarici klublara satmaq mövqeyində dayanıb.  

​"Barselona" transfer siyahısında olan Romeroya görə heç bir rəsmi təklif verməyib və diqqətini "Mançester Siti"nin yarımmüdafiəçisi Rodriyə yönəldib.