Azərbaycanda “More than medals” layihəsinin 10 illik yubileyi münasibətilə beynəlxalq təlim-məşq toplanışı keçirilib.
Offsideplus.az xəbər verir ki, 3-8 avqust tarixlərində təşkil olunan tədbirdə 20 ölkədən 100-ə yaxın yeniyetmə güləşçi və nümayəndə iştirak edib.
Beynəlxalq Olimpiya Komitəsi, Dünya Güləş Birliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan toplanış Milli Gimnastika Arenası və AGF-nin təlim-məşq bazasında reallaşıb. Proqram çərçivəsində idmançılar üçün təmiz idman prinsiplərinə dair AMADA tərəfindən antidopinq seminarı, çimərlik güləşi məşqləri, Bakı gəzintisi və sosial fəaliyyətlər təşkil olunub.
Layihənin əsas məqsədi gənc güləşçilərin yalnız idman bacarıqlarını deyil, həm də sosial inkişafını dəstəkləmək, mədəniyyətlərarası dostluq və qarşılıqlı anlaşmanı möhkəmləndirməkdir.


