FİFA bu il keçiriləcək Dünya Çempionatı ilə bağlı klubları sevindirəcək maliyyə qərarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Ali futbol qurumu turnirdə iştirak edəcək futbolçuların təmsil etdikləri klublara ödəniləcək kompensasiya məbləğini rekord həddə çatdırıb.
Klublar milli komandaların düşərgəsinə göndərdikləri hər bir futbolçu üçün gündəlik təxminən 11.000 dollar alacaqlar.
Hətta futbolçunun təmsil etdiyi ölkə qrup mərhələsində turnirlə vidalaşsa belə, FİFA həmin oyunçuya görə kluba təxminən 250.000 dollar ödəniş ediləcəyinə zəmanət verir.
Klublara paylanacaq ümumi vəsait əvvəlki çempionatla müqayisədə 70% artırılaraq 355 milyon dollara çatdırılıb.
Qeyd edək ki, 2026-cı ildə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək genişmiqyaslı turnir həm də dünya klublarının büdcəsinə ciddi maliyyə axını təmin edəcək.


