İkiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev xalçaya qayıdır.

Offsideplus.az xəbər verir ki, təcrübəli güləşçi nüfuzlu RAF (Real American Freestyle) turnirində iştirak edəcək. Bununla da o, sözügedən yarışa qatılan ilk azərbaycanlı güləşçi kimi tarixə düşəcək.

Hacı Əliyev iyunun 13-də ABŞ-nin Sent-Luis şəhərində baş tutacaq qarşılaşmada Olimpiya və dünya mükafatçısı Sebastian Rivera ilə üz-üzə gələcək.