"Sabah" FK futbolçusu Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, Klubun tarixinin ən məhsuldar oyunçusu ilə 2 illik yeni sözləşmə imzalanıb.
Mikels komandanın heyətində meydana çıxdığı 139 rəsmi qarşılaşmada 72 qola imza atmaqla "Sabah" tarixinə adını yazdırıb.
Ruanda millisinin də şərəfini qoruyan futbolçu klubun forması ilə 1 dəfə Azərbaycan çempionluğu sevinci yaşayıb, 2 dəfə isə ölkə kubokunun qalibi olub.
Təcrübəli hücumçu arxada qalan Misli Premyer Liqasının 2025/26 mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuraraq çempionatın bombardiri adını qazanıb.


