“Şəfa” FK baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, komandanı Premyer Liqaya daşıyan gənc mütəxəssislə müqaviləyə xitam verilib.
34 yaşlı mütəxəssis “Şəfa”nın elitaya qayıtmasında böyük pay sahibi olub.
Paytaxt təmsilçisi əvvəlcə 2024/25 mövsümündə II Liqanın gümüş mükafatını qazanıb, yenicə başa çatan 2025/26 mövsümündə isə I Liqanın çempionu olaraq Premyer Liqaya vəsiqəni təmin edib.
Klub ona göstərdiyi xidmətlərə görə təşəkkür edib.


