Misli Premyer Liqasında XXVII tura "Turan Tovuz" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi bir müddətlik fasilədən sonra yenidən doğma meydanına qayıdır.

"Turan Tovuz" Premyer Liqada 9 oyundur məğlub olmur. "Sumqayıt"da isə əksinə.

"Kimyaçılar" 8 görüşdür qələbə qazana bilmir.

"Turan Tovuz" qələbə qazansa, avrokuboklarda iştirak üçün böyük addım atmış olacaq. "Sumqayıt" isə uğursuz seriyanı bitirmək istəyir.