"Qəbələ" klubu Elşad Tağıyevlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, 2024/25 mövsümündən "qırmızı-qaralar" üçün çıxış edirdi.
Qeyd edək ki, "Qəbələ" artıq iki yeni transfer edib. Onlar Seydina Keyta və İsmaheel Akinadeni heyətinə cəlb ediblər.



