UFC döyüşçüsü Şarabutdin Maqomedov ikinci dəfə evlənmək istədiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o bildirib ki, müsəlmanlarda belə bir imkan var və həyat yoldaşı da buna razılıq verib.
İdmançı bu barədə fikirlərini bölüşərkən belə deyib:
"Bütün müsəlmanlarda belə bir seçim var, sadəcə hamı bununla razılaşmır. Mənim həyat yoldaşım razılaşıb, çünki Allahın icazə verdiyi bir şeyə etiraz etmək olmaz. Əgər razı deyilsənsə, deməli, imanın tam deyil".
Döyüşçü ikinci dəfə evlənmək niyyətini belə əsaslandırıb:
"Düşünürəm, bəli. İkinci həyat yoldaşı ona görə lazımdır ki, birincini aldatmaq istəməyəsən. Günaha batmaqdansa, ikinci dəfə evlənmək daha yaxşıdır. Yəqin ki, hər kəsin başqa birinə meyli olur".
Şara Bullet dörd qadınla evlənməyin mümkünlüyünə də toxunub:
"Əgər dörd qadını dolandıra bilirsənsə, Allah səni bunun üçün mükafatlandıracaq. Qadının yediyi hər tikə çörək, ona verilən hər bir hədiyyə mərhəmət sayılır və buna görə savab yazılır. Nə qədər çox qadın saxlayırsansa, bir o qədər də savab qazanırsan. Həyat yoldaşların nə qədər çoxdursa, Allah sənə bir o qədər ruzi verir".


