UEFA Millətlər Liqasının Fransa - İsrail oyunu "son dərəcə gücləndirilmiş" təhlükəsizlik şəraitində keçəcək.
Offsideplus.az "RMC Sport"a istinadən məlumat verir ki, "Stad de Frans" da baş tutacaq bu matça dair Paris polisinin prefekti Loran Nunyes məlumat verib.
Qeyd edək ki, Fransa - İsrail matçı noyabrın 14-də saat 23:45-də start götürəcək.