Futbol üzrə Azərbaycan yığmasının yoldaşlıq görüşü üçün daha bir rəqibi məlum olub.
Offsideplus..az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Latviya yığması ilə qüvvəsini sınayacaq.
Oyun iyunun 7-də Latviyanın paytaxtı Riqada keçiriləcək. Matçın başlanma saatı və stadionu hələlik məlum deyil.
Xatırladaq ki, bundan öncə yığmamızın iki rəqibinin adı bəlli idi. Futbolçularımız martın 25-də Belarusa, iyunun 10-da isə Macarıstana qarşı ölkəmizdə mübarizə aparacaqlar.