Azərbaycanın futzal millisi AÇ-2026-ya hazırlıq məqsədi ilə noyabrda 2 yoldaşlıq oyunu keçirəcək.

Offsideplus.az xəbər verir ki, komanda Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək.

Oyunlar noyabrın 4-də və 5-də Zenica şəhərində yerləşən Huseyn Smayloviç adına Arenada, yerli vaxtla saat 19:00-da start götürəcək. 

Qeyd edək ki, Azərbaycan millisi Avropa Çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla bir qrupda yer alıb.