Bekhem ailəsi kənardan tamamilə mükəmməl görünsə də, bəzi problemlər onlardan da yan keçmir.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, Devid və Viktoriya Bekhem oğulları Bruklinin sevgilisinin onu incidəcəyindən qorxur. Belə ki, Viktoriyanın ən çox qorxduğu şey oğlunun sevgilisi Nikolonun ondan bir gün bezəcəyidir.
Qeyd edək ki, Bruklin Bekhem və amerikalı aktrisa Nikola Peltz nişanlanıblar. Məlumata görə, Bekhemlərin böyük oğlu cazibədar nişanlısına o qədər aşiqdir ki, başqalarının fikri ilə maraqlanmır.