Karlo Ançelotti Arda Gülərə şans vermək fikrində deyil. 

Offsideplus.az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.

Məlumata görə, italiyalı mütəxəssis Ardanın müdafiədəki çatışmazlıqlarını əsas gətirərək oyuna buraxmaq istəmir. Qarşıdakı 4 əhəmiyyətli matçda da Ançelottinin ona şans verməsi az ehtimal olunur. 

Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm "Real Madrid"in heyətində bütün yarışlarda 10 matça çıxıb.