"Barselona" 2024/25 mövsümünün qalan matçlarını "Nou Kamp"da keçirtmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi oktyabrın 11-dən etibarən 45 min abunə kartının satışına başlayacaq. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

Qeydiyyat prosesi oktyabrın 23-nə kimi davam edəcək.

Klub bütün turnirlərdəki ev oyunlarını doğma meydanda keçirtmək istəyir. "Nou Kamp"da ilk görüşün hansı olacağı hələ bəlli deyil.