"Barselona"nın futbolçusu Ferran Torres karyerasını digər İspaniya təmsilçisində davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, məlumatı "TodoFichajes" yayıb.

Mənbəyə görə, gənc forvard "Atletiko"nun (Madrid) diqqət mərkəzindədir. Danışıqların tezliklə başlayacağı vurğulanır.

Qeyd edək ki, "Transfermarkt" sözügedən oyunçunun dəyərini 30 milyon avro qiymətləndirir.