"Zirə" Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Omoniya"nı 1:0 hesabla məğlub edib (ümumi hesab - 1:6)
Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında oyunu şərh edib.
"Oyuna hazırlaşmaq çətin idi. 6:0-dan sonra dönüş olacağına inanmırdım. Buna baxmayaraq oyuna maksimum köklənmişdik. İlk dəqiqələrdən rəqibə təzyiq göstərib erkən qol vurmağa çalışırdıq. Final fitinə kimi mübarizə apardıq. 6:0- dan dönüş görməmişəm. Amma yenə də sona qədər mübarizə aparmaq istədik. Ölkənin reytinq xalı, pley-offda qələbə hissi və s. Futbolçularımı təbrik edirəm. Həm bu oyun, həm də ümumi avrokubokda çox yaxşı təsir bağışladılar", R.Sadıqov bildirib.