Konfrans Liqasının pley-off mərhələsinin “Zirə” – “Omoniya” matçının baş hakimi bəlli olub.

Offsideplus.az xəbər verir ki, cavab oyunları çərçivəsində keçiriləcək qarşılaşmanı Latviya təmsilçisi idarə edəcək.

Avqustun 29-dakı görüşün baş hakimi Vitaliys Spasyonnikovs olacaq. Andreys Qluxovs VAR, Yevgeniys Keziks AVAR funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.