"Qəbələ" klubunun UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Fehervar" (Macarıstan) aparıcı futbolçusu Yannik Stopira yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə müqavilə 1 il müddətinə uzadılıb.
Qeyd edək ki, 2012-ci ildən Macarıstan klubunda oynayan Kobe-Verde millisinin üzvü burada 327 matçda 27 qol vurub.