"Qarabağ"ın futbolçusu Patrik Andrade Konfrans Liqasında çıxış edən ən yaxşı futbolçular sırasındadır.

Offsideplus.az xəbər verir ki, bu barədə "sofascore.com" siyahı hazırlayıb. 29 yaşlı kabo-verdeli yarımmüdafiəçi aktivində 7,51 balla 6-cı yerdə qərarlaşıb. Ötürmə dəqiqliyi isə 86,63 faiz olan afrikalı oyunçu turnirdə keçirdiyi 8 matçda 1 qol  və 2 məhsuldar ötürmə edib.