Bakıda "Neftçi" və "Rapid" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün  biletlər tükənib.

Offsideplus.az "Iticket.az”ın rəsmi saytına istinadən xəbər verir ki, satışa çıxarılmış bütün biletlər alınıb.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Rapid" matçı saat 21:00-da start götürəcək.