II Liqanın VIII turunda "Araz-Saatlı" Şirvan Olimpiya Kompleksində "Kür-Araz"la qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, görüş İmişli təmsilçisinin xeyrinə başa çatıb - 2:1.
AFFA İntizam Komitəsi qarşılaşmada baş verən hadisələrlə bağlı qərar qəbul edib. Sən demə, Saatlı təmsilçisinin 4 üzvü hakim tərəfindən sarı vərəqə ilə cəzalanıb. Bu səbəbdən də qurum klubu 70 manat cərimələyib.
Bildiyiniz kimi, klub Saatlı Olimpiya İdman Kompleksindən uzaqlaşdırılıb. Buna səbəb "Araz-Saatlı"nın arenaya külli miqdarda borcunun olmasıdır. Pulu ödəyə bilməyən rəhbərlik Şirvana üz tutub. Görəsən, maliyyə problemləri ilə üzləşən, sürgün həyatı yaşayan klub AFFA İntizam Komitəsinin tətbiq etdiyi 70 manatlıq cəriməni ödəyə biləcək?